Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İpək yolu körpüsünün yenidən qurulmasını son dərəcə mənalı hesab edir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə bəyanatı zamanı deyib.
“9-cu əsrdə, bəzilərinin fikrincə, 10-cu əsrdə tikilmiş bu tarixi körpünün cəmi iki ayağı var: biri erməni tərəfdə, digəri Türkiyə tərəfdə. Ona görə də bu İpək yolu körpüsünün yenidən qurulması və təmiri son dərəcə mənalı olacaq. Bu məsələdə də birlikdə çalışacağıq.
Dostlarımız, xüsusi nümayəndələrimiz qarşıdakı addımlar kontekstində öz işlərini davam etdirəcəklər. Ancaq bugünkü səfər və bu çətin günlərdə bizə verilən dəstək son dərəcə mənalıdır”, - deyə Çavuşoğlu bildirib.