Türkiyənin xüsusi nümayəndəsi, səfir Serdar Kılıç tvitter mikrobloqunda zəlzələdən zərərçəkənlərə göstərilən köməyə görə Ermənistana erməni dilində təşəkkürünü bildirib.
“Ermənistandan gələn ikinci yardım partiyasını daşıyan yük maşınlarının qapıları Ermənistanın xarici işlər naziri cənab Ararat Mirzoyanın rəhbərliyi ilə Adıyamanda açılıb. O, bölgəyə zəlzələdən zərərçəkənləri ziyarət etmək üçün gəlib”, -deyə diplomat yazıb və erməni dilində belə yekunlaşdırıb: “Sağ olun, Ermənistan”.