ER xarici işlər naziri Ararat Mirzoyan və parlamentin sədr müavini, Ermənistan-Türkiyə danışıqlar prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyəyə gediblər.
Onları hava limanında Türkiyənin danışıqlar prosesindəki nümayəndəsi Serdar Kılıç qarşılayıb.
Xatırladaq ki, Ankarada Ermənistan və Türkiyə xarici işlər nazirləri Ararat Mirzoyan və Mövlud Çavuşoğlunun görüşü planlaşdırılır.
Ermənistan nümayəndə heyəti zəlzələdən zərər çəkmiş Adıyaman şəhərinə də səfər edəcək və burada erməni xilasediciləri ilə görüşəcək.