Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı verirəm.
Bunu Ankarada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Mizroyan Ermənistanın da 1988-ci ildə ağır zəlzələ faciəsi ilə üzləşdiyini xatırladıb: “Bu faciənin nə olduğunu bilirik və bu ağrı bizə yad deyil”, - erməni nazir əlavə edib.
Mirzoyan Çavuşoğlunun erməni xilasedicilərin fəaliyyəti ilə bağlı sözlərinə görə təşəkkür edib.
Mirzoyan 30 ildir bağlı olan Ermənistan-Türkiyə sərhədinin Adyamaya gedən humanitar yardımla yüklənmiş erməni yük maşınları üçün açılmasını da simvolik adlandırıb.