ER Baş naziri Nikol Paşinyan bu gün ölkəmizdə diplomatik fəaliyyətini başa vuran Hindistan Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kişan Dan Devalı qəbul edib.
Baş nazir səfir Devalın Ermənistan-Hindistan dostluq münasibətlərinin daha da sıxlaşdırılması istiqamətində gördüyü işləri xüsusi vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan Hindistanla münasibətlərdə mövcud potensialın davamlı şəkildə reallaşdırılmasında maraqlıdır.
Hindistan səfiri Ermənistan Baş nazirinin verdiyi yüksək qiymətə görə minnətdarlığını bildirib və qeyd edib ki, o, səlahiyyət müddəti ərzində iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün maksimum səy göstərib.
Həmsöhbətlər Ermənistan-Hindistan münasibətlərinin inkişaf dinamikası və ikitərəfli gündəliyə dair fikir mübadiləsi aparıblar.