Müdafiə nazirinin müavini Karen Brutyan “Aero India-2023” müdafiə aviasiya sərgisində və onun çərçivəsində təşkil olunan konfransda iştirak etmək üçün Hindistana işgüzar səfərə gedib.
Səfər çərçivəsində müdafiə nazirinin müavini Hindistanın müdafiə naziri Şri Racnat Sinq ilə görüşüb.
Görüşdə əməkdaşlığın genişləndirilməsi imkanları, ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın bir sıra məsələləri müzakirə edilib.