Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altında sağ çıxarılan insanların sayı 8 mindən çoxdur.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində xəsarət almış 81 mindən çox insanın əhəmiyyətli hissəsinin xəstəxanadan buraxılıb.
Türkiyə Prezidenti qeyd edib ki, zəlzələdən təsirlənən insan sayı 20 milyona yaxınlaşıb.