Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası bu ilin oktyabrın 13-də Bişkek şəhərində keçiriləcək.
Bu barədə Qırğızıstan XİN rəhbərinin birinci müavini Asein İsayev brifinq zamanı bildirib.
Onun sözlərinə görə, bu il ərzində 80-dən çox tədbir nəzərdə tutulub və 10-dan çox tədbir Qırğızıstan ərazisində keçiriləcək.