Artsax Respublikasının Prezidenti Arayik Harutyan öz “facebook” səhifəsində qeyd etdi ki, “Artsaxın iki aylıq blokadası - beynəlxalq ictimaiyyət sözdən hərəkətə keçməlidir”.
O bildirdi ki, Azərbaycan Artsax Respublikasının (Dağlıq Qarabağ) 120 minə yaxın əhalisini Artsaxda etnik təmizləmə aparmaq məqsədi ilə cinayətkar və terror fəaliyyətləri ilə mühasirə şəraitində saxlayır.
“Bu qeyri-qanuni blokada beynəlxalq hüququn bütün normalarına və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə, o cümlədən 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamə çərçivəsində qəbul edilmiş öhdəliklərə ziddir.
Bu blokada 120.000 Artsax vətəndaşını ərzaq, enerji, səhiyyə və digər həyati əhəmiyyətli mal və xidmətlərə normal çıxışından məhrum edir və bu, vətəndaşalrımızın həyatına və digər hüquqlarına qarşı ciddi, əvvəlcədən düşünülmüş və kütləvi hücumdur.
Azərbaycan sərt qış şəraitində elektrik və qaz təchizatını dayandırmaqla Artsaxda humanitar böhranı dərinləşdirdi.
Biz Beynəlxalq Qızıl Xaç Komitəsinə və Rusiya sülhməramlı missiyasına göstərdikləri səylərə görə minnətdarıq.
Biz bir çox ölkələrin icra və qanunvericilik orqanlarının, eləcə də beynəlxalq təşkilatların blokadanın dərhal və qeyd-şərtsiz dayandırılması ilə bağlı çağırışlarını alqışlayırıq.
Beynəlxalq ictimaiyyət sözdən hərəkətə keçməlidir. Biz ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrliyi olan Rusiya, ABŞ və Fransaya, eləcə də beynəlxalq birliyin bütün üzvlərinə Artsaxın həyat yolunu açmaq və yeni cinayətlərin qarşısını almaq üçün birgə şəkildə təsirli tədbirlər görməyə çağırırıq.
Biz onları Artsax xalqına qarşı törədilmiş cinayətlərin bütün müəlliflərinə və tərəfdarlarına və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq”,- deyə o bildirdi.