Suriyada zəlzələ qurbanlarının sayı 8,5 minə çatıb, rəsmi Dəməşqin nəzarətində olan ərazidə təxminən 4 min nəfər həlak olub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional direktoru Rik Brennan bildirdi.
“Hələlik dəqiq rəqəm söyləmək çətindir, lakin bizdə olan məlumata əsasən, Suriya hökumətinin nəzarətində olan ərazidə 4000-ə yaxın insan həlak olub, daha 2500 nəfər yaralanıb. Suriyanın şimal-qərbində isə 4500 nəfər ölüb, 7500 nəfər isə yaralanıb”,- deyə Brennan vurğuladı.