Fevralın 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşiki qəbul edib.
Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub.
Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə, sülh razılaşması layihəsi ətrafında gedən proseslərə toxunublar.
Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması ilə bağlı Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunub.