Cənubi Qafqazda sülhün dəstəklənməsi təkcə ABŞ administrasiyası üçün deyil, həm də dövlət katibi Entoni Blinken üçün dəyişməz prioritet olaraq qalır və bunu onun Ermənistan və Azərbaycan liderləri ilə bu məsələlərlə bağlı birbaşa təmasları sübut edir. Bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bildirib.
Onun sözlərinə görə, ABŞ bu məsələyə diqqətini davam etdirəcək.
“Rusiyanın Ukraynaya qarşı aqressiyası və birtərəfliliyi səylərin bir sıra istiqamətlərinə xələl gətirdi, Minsk Qrupu formatında bir sıra səmərəli iş perspektivlərini sarsıtdı”, - deyə Patel bildirib.
Diplomat vurğulayıb ki, ABŞ istənilən istiqamətdə: ikitərəfli, Avropa İttifaqı mexanizmləri və ya ATƏT vasitəsilə sülhün dəstəklənməsinə yönəlmiş əməkdaşlığa sadiq qalır.