Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb.
Ararat Mirzoyan rusiyalı həmkarını diplomatik işçilər günü münasibətilə təbrik edib.
ER və RF xarici işlər nazirləri regional təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Ararat Mirzoyan Dağlıq Qarabağda hər gün dərinləşən humanitar böhrana toxunaraq, Azərbaycanın Laçın dəhlizinin ən qısa zamanda açılmasının vacibliyini vurğulayıb.
Üçtərəfli bəyanatların müddəalarının icrası və qeyd-şərtsiz riayət olunmasının vacibliyi vurğulanıb.
Ararat Mirzoyan və Sergel Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı Ermənistan-Rusiya ikitərəfli gündəliyinin müxtəlif məsələləri də müzakirə olunub.