Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanan və cümə axşamı qəbul edilən Aİ-nin Ermənistanla münasibətlərinə dair yeni hesabatda Avropa Parlamentinin deputatları 2022-ci il sentyabrında Azərbaycanın Ermənistana genişmiqyaslı hərbi hücumunu, beləcə də sülh cəhdlərinin pozulmasını və Ermənistanın suveren ərazisinin işğalı olunmasını pisləyiblər.
Bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.
“Bu təcavüzün Dağlıq Qarabağla bağlı uzunmüddətli münaqişə ilə heç bir əlaqəsi olmadığı vurğulanan hesabatda Azərbaycan hakimiyyəti qoşunlarını Ermənistan ərazisindən çıxarmağa çağırılır.
İki ölkənin hökumətləri hərtərəfli və qarşılıqlı məqbul sülh müqaviləsi üzərində işləməyə, Aİ isə münaqişənin sülh yolu ilə həllinə səmərəli töhfə verməklə daim iştirak etməyə və vasitəçi kimi fəaliyyət göstərməyə çağırılır.
Bununla belə, Avropa Parlamentinin deputatları vurğulayırlar ki, istənilən sülh müqaviləsinin effektiv olması üçün müqavilədə Ermənistanın suveren ərazilərinin bütövlüyünü, Dağlıq Qarabağda və münaqişənin təsirinə məruz qalmış digər bölgələrdə yaşayan erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini, habelə qaçqınların və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasını təmin edən müddəaları olmalıdır”,-bəyanatda deyilir.
Məruzəçi Andrey Kovaçov bildirib ki, “Aİ-Ermənistan münasibətlərinə dair hesabat Avropa Parlamentinin regionda sülhə və bir sıra mühüm sahələrdə Ermənistan-Aİ əməkdaşlığına sadiqliyini bir daha təsdiqləyir. Bu istiqamətdə mühüm addım kimi biz Ermənistanda Aİ missiyasının yaradılmasını alqışlayırıq və Azərbaycan hökumətini iki aya yaxındır blokadada olan Laçın dəhlizi ilə hərəkət azadlığı və təhlükəsizliyini təmin etməyə çağırırıq”.