Fransanın xarici işlər naziri Ketrin Kolonna və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Tərəflər Ermənistan və Azərbaycan arasında mövcud vəziyyəti müzakirə ediblər, münaqişənin həlli üçün göstərilən səyləri qiymətləndiriblər və Laçın dəhlizi ilə sərbəst gediş-gəlişin dərhal bərpa edilməsinin vacibliyini vurğulayıblar, Fransa XİN-in mətbuat xidməti məlumat verir.
“Fransa və ABŞ Dağlıq Qarabağın hazırkı blokadasının əhali üçün humanitar nəticələrini qəbuledilməz hesab edir və baş nazir Paşinyan və prezident Əliyevlə təmaslar yolu ilə bu vəziyyətə son qoymaq üçün səylərini birləşdirir”,- deyə qeyd edilib.