Türkiyə Böyük Millət Məclisinin erməni deputatı Garo Paylan zəlzələdən zərər çəkmiş bölgəyə səfər edərək Ermənistandan gələn xilasedicilərlə görüşüb.
“Ermənistan xilasediciləri Adıyamanda daha bir çökmüş binada zəlzələ qurbanlarının axtarışını davam etdirir. Biz sağ qalanları tapacağımıza ümid edirik”, – Paylan Twitter mikrobloqunda yazıb.
Xatırladaq ki, fevralın 7-də Ermənistan Türkiyə və Suriyaya axtarış-xilasetmə qrupları göndərib.