Fevralın 9-da ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Görüşdə həmsöhbətlər Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlar, 9 noyabr bəyanatın bəndlərinin yerinə yetirilməsi və Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və bunun nəticəsində yaranan humanitar böhranı müzakirə ediblər.
Həmsöhbətlər Dağlıq Qarabağ probleminin həll məsələsinə də toxunublar.