Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dəstək üzrə Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayevi qəbul edib.
Həmsöhbətlər Azərbaycanın Laçın dəhlizini qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrandan və onun aradan qaldırılması istiqamətində atılan addımlardan danışıblar.
Baş nazir Paşinyan Azərbaycan tərəfindən 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının növbəti pozulması faktını və bəyanatda üzərinə götürdüyü öhdəliklərin tam şəkildə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması mümkünlüyü və Dağlıq Qarabağ problemi ilə bağlı məsələlər də müzakirə olunub.