ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycan tərəfindən Laçın dəhlizinin 60 gündür davam edən qanunsuz blokadası humanitar böhranla yanaşı DQ-da ekoloji böhrana da gətirib çıxardı.
Paşinyan qeyd etdi ki, dünən Azərbaycan yenə DQ-ya qazın verilişini kəsdi, dekabrın 12-dən Azərbaycan DQ-ya qazın verilişini artıq 7-ci dəfə dayandırır, bəzən isə qazın verilişi tamamən deyil, 50 faizlə dayandırlır: “Bu, “ekoloqlar” deyil, dövlət tərəfindən aparılan işdir”
Baş nazir vurğulayıb ki, dekabrın 12-dən başlayaraq, Azərbaycan Dağlıq Qarabağa qaz təchiz edən boru ilə 27-yə yaxın analoji əməliyyat həyata keçirib.
O əlavə edib ki, Azərbaycan tərəfindən Laçın dəhlizinin qanunsuz blokadası Dağlıq Qarabağda real ekoloji problemlərə səbəb olub.
“Bildiyiniz kimi, Azərbaycan Dağlıq Qarabağa elektrik enerjisinin verilişini də əngəlləyib. Elektrik enerjisi istehsal etmək üçün yerli imkanlar yetərli olmadığı səbəbindən DQ hakimiyyəti gündə 6,8,10 saat elektrik enerjisini kəsməyə məcbur olurlar. Bu cür şəraitdə DQ-dakı soydaşlarımız evlərini qızdırmaq üçün odundan istifadə edirlər, bu da öz növbəsində meşələrin qırılmasına gətirib çıxarır ki, bu da ekoloji fəlakətə çevrilmək potensialına malikdir”, - Paşinyan bildirib.