Ermənistan Xarici İşlər Nazirliyi BMT-nin mandat sahiblərinin Azərbaycana ünvanladığı məktubda Azərbaycan hökumətindən Ermənistana hücum zamanı Azərbaycan silahlı qüvvələrinin törətdiyi hərbi cinayətlərlə bağlı izahatların verilməsi tələbinə reaksiya verib. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan mövzu ilə bağlı “Armenpress”in sualını cavablandırıb.
Sual: BMT-nin mandat sahibləri bu yaxınlarda Azərbaycana ünvanlanmış məktubu dərc ediblər və məktubda Azərbaycan hökumətindən 2022-ci il 13 sentyabrda Ermənistan Respublikasına qarşı hərbi təcavüz zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən müharibə cinayətləri işləri ilə bağlı izahat verməsi tələb olunur. 2020-ci ilin noyabr ayında atəşkəsdən sonra əsirlərin azad edilməməsi məsələsinə də istinad edilir. Azərbaycan isə BMT-nin mandat sahiblərinə nəzərdə tutulan müddətdə heç bir şəkildə cavab verməyib. Bununla bağlı şərhiniz nədir?
Cavab: Biz dəfələrlə Azərbaycanın törətdiyi hərbi cinayətlərin beynəlxalq səviyyədə düzgün araşdırılmasının zəruriliyindən danışmış, cinayətlərin icraçılarının və təşkilatçılarının, o cümlədən beynəlxalq sanksiyaların tətbiqi yolu ilə məsuliyyətə cəlb olunmasını tələb etmişik.
Məktub-tələbdə BMT-nin mandat sahibləri baş verənlərdən dərin narahatlıqlarını ifadə edir və Azərbaycanı bu cür pozuntuların dayandırılması, onların təkrarlanmasının qarşısının alınması və bu cinayətlərin törədilməsində təqsirli olan istənilən şəxs və ya şəxslərin cəzalandırılmasını təmin etmək üçün bütün zəruri tədbirləri görməyə çağırır.
Xatırlayarsınız ki, beynəlxalq ictimaiyyətin qəzəbini yumşaltmaq və diqqətini yayındırmaq üçün ötən ilin payızında Azərbaycan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayətlərlə bağlı istintaqa başlandığını elan etmişdi. BMT-nin mandat sahiblərinin məktub-tələbin məhəl qoymaması göstərdiyi kimi, qondarma istintaq problemi ört-basdır etmək üçün sadəcə uydurma idi.
BMT-nin mandat sahibləri 44 günlük müharibədən sonra Azərbaycanda qeyri-qanuni olaraq girov saxlanılan erməni hərbi əsirlərin və digər saxlanılmış şəxslərin işi, habelə məcburi itkin düşmə halları ilə bağlı suallarına cavab ala bilməyiblər.
Beləliklə, qeyd edə bilərik ki, Azərbaycan BMT-nin insan hüquqlarına dair fundamental sənədlərinin üzvü olmaqla onları kobud şəkildə pozur, BMT orqanları tərəfindən ona verilən göstərişləri nəzərə almır və BMT-nin mandat sahibləri (xüsusi məruzəçilər və müstəqil ekspertlər) kimi insan hüquqlarının təmin edilməsini nəzarət edən vacib orqanları ilə əməkdaşlıq etmir.
Bu vəziyyətdə Azərbaycanın törətdiyi hərbi cinayətlərin beynəlxalq səviyyədə düzgün araşdırılması, günahkarların və təşkilatçıların məsuliyyətə cəlb edilməsi zəruridir.
Bundan əlavə, beynəlxalq ictimaiyyət Azərbaycanda qanunsuz saxlanılan bütün erməni hərbi əsirlərin və mülki şəxslərin dərhal vətənə qaytarılması, məcburi itkin düşməsi və itkin düşənlərin taleyinin açıqlanması üçün təzyiqləri artırmalıdır.
BMT strukturları, o cümlədən xüsusi prosedurları ilə əməkdaşlığı yüksək qiymətləndirən Ermənistan həmçinin diqqəti ona yönəltmək istəyir ki, Azərbaycan son vaxtlar BMT strukturlarını insan hüquqlarının kobud şəkildə pozulması barədə danışmamağa məcbur etmək üçün onlara qarşı hədə-qorxu və təzyiqlərdən istifadə edib, üstəlik, hətta BMT-nin əvvəllər verdiyi bəyanatları yenidən redaktə edib. Bütün bunların Laçın dəhlizinin bağlanması, Dağlıq Qarabağ əhalisinin mühasirədə saxlanılması ilə bağlı bəyanatlar kontekstində şahidi oluruq.
Azərbaycanın addımlarına baxmayaraq, biz əminik ki, BMT-nin bütün orqanları, o cümlədən insan hüquqları məsələləri ilə məşğul olan strukturlar BMT Nizamnaməsinin ruhuna və hərfinə uyğun olaraq öz işini bundan sonra da davam etdirəcəklər.