ER Parlamentinin sədri Alen Simonyan fevralın 9-da Portuqaliyanın Ermənistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Madalena Fişeri qəbul edib.
Alen Simonyan qeyd etdi ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi siyasət regionun sabitliyi və təhlükəsizliyi istiqamətində səylərimizi təhlükə altına qoyur.
“Hazırda Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizinin bağlanması səbəbindən Dağlıq Qarabağ xalqı qeyri-insani mühasirədə qalmaqda davam edir”,- deyə o qeyd etdi.
O əlavə edib ki, beynəlxalq tərəfdaşlara Dağlıq Qarabağda yaranmış çətin vəziyyətin dayandırılması üçün, o cümlədən Azərbaycana qarşı sanksiyalar tətbik etmək üçün lazımi addımlar görməyə çağırılır.