Fevralın 8-də xüsusi reyslə Türkiyə və Suriyaya yola düşən Ermənistan axtarış-xilasetmə qrupları Türkiyənin Adıyaman və Suriyanın Hələb şəhərlərində işlərini davam etdirir.
ER Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin verdiyi məlumata görə, erməni dəstəsi Adıyaman şəhərində dislokasiya bazası yaradıb və erməni xilasedicilər müxtəlif yerlərdə axtarış-xilasetmə işləri aparırlar.
Xilasedicilər Hələb şəhərinin 4 məntəqəsində vəziyyəti qiymətləndirib, bir yerdə iki növbə ilə axtarış əməliyyatları davam etdirilir. Xüsusi təlim keçmiş iti olan kinoloji qrup da işlərə cəlb olunub.