Avropa Parlamentinin prezidenti Roberta Metzola Azərbaycan parlamentinin sədri Sahibə Qafarovaya ünvanladığı məktubda 2022-ci dekabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Tural Gəncəliyevin bəyanatlarla bağlı öz narazılığı bildirdi.
“Azərbaycan mətbuatının yazdığına görə, cənab Gəncəliyev Avropa Parlamentini korrupsiya yolu ilə deputatların maliyyələşdirilməsi mexanizmi yaratmaqda ittiham edib. O, həmçinin Avropa Parlamentində Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurandın ünvanına birbaşa şəxsi hücumu olan, onu korrupsiyada saxta ittiham edən məqalə yayıb”,- Metsola bildirdi.
O qeyd etdi ki, konstruktiv tənqidlər ola bilər, lakin əsassız iddialara deyil, faktlara əsaslanmalıdır
Avropa Parlamentinin sədri gələcəkdə belə hadisələrin təkrarlanmamasına çağırıb.