Portuqaliya Respublikasının Ermənistana yeni təyin olunmuş səfiri Madalen Fişer etimadnaməsini prezident Vahagn Xaçaturyana təqdim edib.
Madalena Fişer qəbula görə respublika prezidentinə minnətdarlığını bildirib və səylərini Ermənistan-Portuqaliya münasibətlərinin yaxınlaşmasına və yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinə yönəldəcəyini vurğulayıb.
Söhbət zamanı Avropa İttifaqının mülki müşahidə missiyasının əhəmiyyəti, Ermənistanın Şərq Tərəfdaşlığı çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, eləcə də Laçın dəhlizinin normal fəaliyyətinin bərpasının zəruriliyi müzakirə olunub.