Berlində işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniya kansleri Olaf Şolzun xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner ilə görüşüb.
Görüş zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə olunub.
Tərəflər humanitar problemlərin həllinin, eləcə də Azərbaycan tərəfindən Laçin dəhlizinin blokadasının dərhal aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Görüş zamanı tərəflər iki ölkə arasında çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də ER-Aİ tərəfdaşlığı ilə bağlı məsələlərə toxunublar.