BMT sülhməramlılarının Dağlıq Qarabağa göndərilməsi ideyası o qədər də real deyil, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar üzrə departamentinin direktoru “RİA Novosti”yə müsahibəsində bildirib.
Pyotr İliçevin sözlərinə görə, regionda sülh və təhlükəsizliyi bərpa etmək vəzifəsini Rusiya sülhməramlıları effektiv şəkildə həyata keçirir. Rəsmi həmçinin qeyd edib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarına BMT mandatı verməyə ehtiyac yoxdur, çünki həm Bakı, həm də Yerevan onların işini dəstəkləyir, bu da ərazinin yekun statusunun qeyri-müəyyənliyi şəraitində əsas əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, indiki şəraitdə münaqişənin dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması üçün hər iki tərəfin xoş niyyəti daha vacibdir.
“Beynəlxalq təşkilatlar arasında Qarabağda yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsi işləyir, BMT-nin humanitar qurumları isə Dağlıq Qarabağa daxil olmaq üçün icazə almayıb”, - deyə rəsmi bildirib. İliçevin sözlərinə görə, bu məsələdə çətinliklər strukturların qərəzsizliyi, regiona çıxış imkanları, hesabatlılıq, nəzarət və humanitar fəaliyyətin hüquqi əsasları ilə bağlı ziddiyyətlərdən irəli gəlir.