Ermənistan Azərbaycanın sülh razılaşması ilə bağlı növbəti təkliflərini alıb və mətn üzərində işləyir. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı zamanı xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Biz Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ilə görüşməli idik, lakin Ermənistan tərəfi Laçın dəhlizinin bağlanması ilə əlaqədar iştirakını təxirə saldı. Buna baxmayaraq, biz öz təkliflərimizi Azərbaycan tərəfinə çatdırdıq və bu yaxınlarda Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər aldıq. Biz mətn üzərində işləməyə davam edirik”, - deyə Mirzoyan bildirib.