Nikol Paşinyanla Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsəd arasında telefon danışığı olub.
Baş nazir fevralın 6-da baş vermiş zəlzələlər nəticəsində çoxlu sayda insan tələfatı və dağıntılarla əlaqədar dost Suriya prezidentinə və xalqına başsağlığı verib.
Nikol Paşinyan bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb və qeyd edib ki, Ermənistan zəlzələdən zərər çəkmiş əhalinin ağır həyat şəraitini yüngülləşdirmək və fəlakətin nəticələrini aradan qaldırmaq üçün Suriyaya dəstək verməyə hazırlaşır.
Bəşər Əsəd dəstəyə görə təşəkkür edib və qeyd edib ki, hazırda onlar üçün əsas problem qida ilə bağlıdır.
Suriyaya ərzaq və digər yardım növlərinin göndərilməsi ilə bağlı razlaşma əldə olunub.
Suriya prezidenti göstərilən yardıma görə təşəkkür edib.