ER Parlamentinin sədri Alen Simonyan fevralın 7-də Xorvatiya Respublikasının xarici işlər naziri Qordan Qrliç Radmanı qəbul edib.
Görüşdə ikitərəfli münasibətlərə yönəlmiş çoxsahəli əməkdaşlığın zəruriliyi müzakirə olunub.
Tərəfdaşlar müharibədən sonrakı vəziyyət, Laçın dəhlizi böhranı, Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü, Dağlıq Qarabağda yaşayan 120 min erməniyə qarşı təhdidlər və Azərbaycanın davamlı işğalçılıq siyasəti barədə danışıblar.
“Azərbaycanın beynəlxalq, o cümlədən humanitar təşkilatların Artsaxa girişini qadağan edən siyasəti qəbuledilməzdir. Biz inanırıq ki, insan haqlarının vəziyyətini izləmək üçün Avropa Şurasının rəsmiləri və strukturlarının Dağlıq Qarabağa səfər etmək imkanının olması zəruridir”, - deyə Alen Simonyan bildirib.
Görüşün sonunda beynəlxalq platformalarda əməkdaşlıq imkanları barədə söhbət aparılıb. Təhsil, elm, ticarət və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə edilib.