Azərbaycanın bu cür hərəkətləri aydın şəkildə təsdiqləyir ki, 2020-ci il noyabrın 9-da atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra da rəsmi Bakı Artsax xalqını öz tarixi ərazilərində məhv etmək siyasətindən əl çəkməyib.
Bu barədə Artsax Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, 2023-cü il fevralın 6-da Azərbaycan Artsaxın blokadasından sonra artıq altıncı dəfə Artsaxa qazın verilişini kəsdi: “Son 57 gün ərzində Azərbaycan Artsaxa qaz təchizatını 13 dekabrda 3 gün, 17 yanvarda bir gün, 18 yanvarda bir gün, 21 yanvarda 4 gün və yanvarın 28-də bir gün müddətinə dayandırıb və beləcə, Artsax əhalisinin normal həyat fəaliyyətini pozaraq, onlara psixoloji təzyiq göstərir.
Azərbaycanın atdığı addımlar nəticəsində ağır nəqliyyat blokadası və qış soyuq şəraitində respublikanın 120 min sakini, o cümlədən 30 mini uşaq istilik və isti sudan məhrumdur və böyük çətinliklərlə üzləşir”.
XİN bəyanatında qeyd olunur ki, Azərbaycanın bu cür hərəkətləri aydın şəkildə təsdiqləyir ki, 2020-ci il noyabrın 9-da atəşkəs haqqında üçtərəfli bəyanat imzalandıqdan sonra da rəsmi Bakı Artsax xalqını öz tarixi ərazilərində məhv etmək siyasətindən əl çəkməyib. “Məqsədlərinə çatmaq üçün Azərbaycanın ali rəhbərliyi Artsaxın blokadasına əl atır, həyati əhəmiyyətli enerji infrastrukturlarının işini pozur, bununla da dözülməz həyat şəraiti yaradır və dinc əhalini inanılmaz sıxıntılara məruz qoyur”.
Vurğulanıb ki, “bir çox ölkələrin və beynəlxalq təşkilatların Artsax blokadasını dərhal dayandırmaq çağırışlarına, Avropa İnsan Haqları Məhkəməsinin Laçın dəhlizi ilə insanların və malların sərbəst hərəkətini təmin etmək qərarına məhəl qoymayan rəsmi Bakı əslində özünü sivil cəmiyyətə qarşı qoyur. Bu cür davranış Bakı rejiminin cəzasızlığı səbəbindən mümkün olub.
Bu şərtlər altında Artsax xalqının məhv edilməsinin qarşısını almaq üçün biz beynəlxalq ictimaiyyətin səylərini təkcə Artsaxın blokadasına son qoymağa deyil, həm də Azərbaycanın soyqırımı siyasətinin qarşısını almaq üçün təcili tədbirlər görməni zəruri hesab edirik”.