Fevralın 6-da ER xarici işlər naziri Ararat Mirzoyan Münhen Təhlükəsizlik Forumunun sədri Kristof Hoysgen ilə görüşüb. Tərəflər bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Ararat Mirzoyan Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması nəticəsində yaranmış böhranın təfərrüatlarını təqdim edib və bu kontekstdə beynəlxalq ictimaiyyətin aydın addımlar atmasının vacibliyini vurğulayıb.
Xarici işlər naziri vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisini etnik təmizləməyə məruz qoymaq istəyir və bunun qarşısını almaq üçün Azərbaycana təzyiqləri artırmaq lazımdır.
Həmsöhbətlər Münhen Təhlükəsizlik Konfransı çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.