Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.
"Türkiyədə dağıdıcı zəlzələ ilə bağlı dəhşətli xəbər məni kədərləndirdi. Həlak olanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını diləyirəm", - deyə Simonyan “Twitter” hesabında yazıb.