Fevralın 6-da yerli vaxtla saat 14:24-də ER Fövqəladə Hallar Nazirliyinin Seysmik Mühafizə Ərazi Xidmətinin seysmoloji şəbəkəsi 38,05⁰ şimal eni və 37,25⁰ şərq uzunluğu koordinatlarında zəlzələ qeydə alıb. Türkiyədə Kahramanmaraş şəhərindən 60 km şimal-şərqdə, 10 km dərinlikdə, 7,7 bal gücündə zəlzələ baş verib.
Episentral zonada yeraltı təkanların gücü 10-11 bal təşkil edib.
Zəlzələ Yerevan şəhərində 3 bal gücündə, Şirak bölgəsinin Gümrü şəhərində 3-4 bal gücündə hiss olunub.