Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 6-7-də işgüzar səfərlə Berlinə gedib.
Nazir Mirzoyanın Almaniya Federativ Respublikasının xarici işlər naziri Analena Berbok ilə görüşəcək.
Səfər çərçivəsində Ararat Mirzoyan Almaniyanın qanunvericilik orqanlarının və ekspert icmasının nümayəndələri ilə də görüşlər keçirəcək.
Nazir Mirzoyan görüşləri zamanı Ermənistan-Almaniya və ER-Aİ əməkdaşlığının genişləndirilməsi, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik çağırışları, Azərbaycan tərəfindən Laçın dəhlizinin qarşısını alması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhran, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi və ikitərəfli maraq doğuran digər məsələlərə toxunacaq.