Ermənistan prezidenti Vahaqn Xaçaturyan zəlzələ qurbanları ilə əlaqədar Türkiyə və Suriya xalqlarına başsağlığı verib.
“Dağıdıcı zəlzələnin faciəvi nəticələri və günahsız insanların ölümü ilə əlaqədar Türkiyə və Suriyaya səmimi başsağlığı verirəm.
Mən həlak olanların ailələrinə başsağlığı verirəm və bütün zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram”, - deyə Ermənistan prezidenti özünün “Twitter” mikrobloqunda yazıb.