Avropa İttifaqı (Aİ) Türkiyəyə kömək etməyə hazırdır.
Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter“də yazıb.
“Bu səhər Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ yüzlərlə insanın həyatına son qoyub, çoxlu sayda yaralı var”, - qeyd edib.
“Diqqətimiz Türkiyə və Suriya xalqlarının yanındadır. Aİ kömək etməyə hazırdır”, - Borrell vurğulayıb.