Türkiyənin nüfuzuna xələl gətirmək cəhdləri Ankara ilə dostluq və müttəfiqlik münasibətləri prinsiplərinə ziddir. Bu barədə Türkiyə xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Söhbət təhlükəsizliklə bağlı təhdidlərə görə Türkiyədəki diplomatik nümayəndəliklərini müvəqqəti bağlayan bir sıra Qərb ölkələrindən gedir.
Çavuşoğlu qeyd edib ki, Hollandiya, Almaniya, Fransa, İsveç, Böyük Britaniya və İsveçrə də daxil olmaqla 9 ölkənin səfirləri izahat vermək üçün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, “Anadolu” yazır.
Yanvarın 30-da ABŞ-ın Türkiyədəki səfirliyi amerikalıları ayıq olmağa çağırıb, Avropada Quranın yandırılması fonunda İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.
“Diplomatik nümayəndəliklər Türkiyə tərəfinə təhdidlərin təfərrüatları barədə məlumat verilmədən bağlanıb. Eyni zamanda, Ankarada bəzi ölkələrin konsulluqların bağlanması ilə bağlı tərəfdaşlarına "hərəkətə dəstək" üçün müraciət etdiyi barədə məlumat var”,- deyə nazir qeyd edib.