ER Parlamentinin “Mülki Müqavilə” fraksiyasının deputatları Sargis Xandanyan, Mariya Karapetyan, Arusyak Culhakyan və Sona Ğazaryan bu gün ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (ABŞ Helsinki Komitəsi) baş məsləhətçisi Maykl Sesier ilə görüşüb.
Ermənistanda demokratiyanın güclənməsini, eləcə də regionda sülhün bərqərar olunmasının vacibliyini vurğulayan tərəflər bu istiqamətdə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulayıblar.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Amerika dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.
Deputatları qonağın diqqətini Azərbaycanın Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana və təhlükəsizlik problemlərinə yönəldiblər.
Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesinə də toxunulub. İkitərəfli münasibətlərin normallaşdırılması məsələsi və Ermənistan tərəfinin bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğu vurğulanıb.