Beynəlxalq Ədalət Məhkəməsinin iclasında Ermənistan Azərbaycana qarşı iddialarına dair qərarı oxunacaq
Yanvarın 30-31-də Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan Azərbaycana qarşı və Azərbaycan Ermənistana qarşı iddialar üzrə dinləmələr keçirilib. Hər iki tərəf müvəqqəti tədbirlərlə bağlı tələblərini bildiriblər.
Bu barədə ER-in Beynəlxalq Hüquq Məsələləri üzrə nümayəndəsinin “Facebook” səhifəsində deyilir.
Xatırladaq ki, Ermənistan aşağıdakı müvəqqəti tədbirlərin tətbiqini tələb edib.
• Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə maneəsiz sərbəst gediş-gəlişə mane olan sözdə “etiraz aksialarının” təşkilini və dəstəklənməsini dayandırmalıdır.
• Azərbaycan Laçın dəhlizi ilə hər iki istiqamətdə bütün insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz sərbəst hərəkətini təmin etməlidir.
• Azərbaycan dərhal Dağlıq Qarabağa təbii qaz və digər kommunal xidmətlərin verilməsini tam bərpa etməldir