Beynəlxalq Soyqırım Alimləri Assosiasiyası Azərbaycan tərəfindən Arstaxı Ermənistanla birləşdirən yolun bağlanmasını pisləyən bəyanat qəbul edib.
Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının İcra və Məsləhət Şurası Azərbaycan tərəfindən Artsaxın mühasirəyə alınması və regionun yerli erməni əhalisinə qarşı davam edən təcavüzünü qətiyyətlə pisləyir və erməni əhalisinə qarşı soyqırım təhlükəsi barədə xəbərdarlıq edir.
Bəyanatda qeyd olunur ki, Azərbaycanın hərəkətləri Artsax xalqının insan hüquqlarını pozur.
“Müttəfiqi Türkiyə tərəfindən dəstəklənən Azərbaycan hökuməti uzun müddətdir ki, rəsmi şəkildə ermənilərə qarşı nifrət, ermənilərə qarşı törədilmiş vəhşiliklərə görə cəzasız qalmağı təşviq edib və dəfələrlə bölgəni yerli erməni əhalisindən təmizləməklə hədələyib”,- bəyanatda bildirilib.
Beynəlxalq Soyqırım Alimləri Assosiasiyası beynəlxalq ictimaiyyəti Azərbaycanın Ermənistana qarşı zorakılığını və nifrət siyasətini pisləməyə, həmçinin İlham Əliyev rejimini təcavüzə, hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə və beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyətə cəlb etməyə çağırıb.