Artsax Respublikasının xarici işlər naziri Sergey Qazaryan bir sıra ölkələrin Ermənistanda akkreditə olunmuş səfirlərinə məktublar göndərib.
Məktublarda Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması ilə əlaqədar Artsaxda yaranmış humanitar problemlər, o cümlədən qaz və elektrik enerjisinin kəsilməsinin insanların gündəlik həyatına və respublika iqtisadiyyatına mənfi təsiri təqdim olunub.
Vurğulanıb ki, blokada Azərbaycanın Artsaxın əhalisini boşaltmaq üzrə ilk cəhdi deyil, Azərbaycanın 2020-ci ildə başlatdığı təcavüzün birbaşa davamıdır, bu zaman Artsax ərazisinin əhəmiyyətli bir hissəsi işğal olunub, 38 min insan qaçqın və ya məcburi köçkünə çevrilib.