Cənubi Qafqazda konstruktiv istəyin hökm sürməsi üçün Rusiya regional “3+3” formatını irəli aparır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov telejurnalist Dmitri Kiselyova müsahibəsində deyib.
O xatırladıb ki, formata üç Cənubi Qafqaz ölkəsi - Ermənistan, Gürcüstan və Azərbaycan və onların üç böyük qonşusu Rusiya, İran və Türkiyə daxildir.
“İlk təmas baş tutub. Biz bunu davam etdirəcəyik”, - deyə Rusiya XİN rəhbəri əlavə edib.