Ermənistanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan fevralın 1-də London şəhərinin meri Nikolas Lyons ilə görüşüb. Bu barədə ER-nin Böyük Britaniyadakı səfirliyinin “Facebook” səhifəsindən deyilir.
Varujan Nersesyan Nikolas Lyons ilə görüşdə London və Ermənistan arasında maliyyə, iqtisadi, infrastruktur, turizm və digər sahələrdə mümkün əməkdaşlığın perspektivlərini müzakirə edib.
Səfir merə Ermənistanın iqtisadi imkanlarını və investisiya cəlbediciliyini, həmçinin Ermənistanda aparılan demokratik islahatları təqdim edib.
Səfir Nersesyan Laçın dəhlizinin davam edən blokadasına və onun Dağlıq Qarabağ erməniləri üçün ağır iqtisadi nəticələrinə də toxunub.