Ermənistanın müdafiə naziri Suren Papikyanın bütün hərbi birləşmələri və hərbi hissələrinə səfərləri başlayıb. Onlar davamlı olacaq və eyni zamanda sürpriz xarakter daşıyacaq.
Gözlənilməz başçəkmələrin məqsədi xidmətin təşkili prosesi, hərbi qulluqçuların nizam-intizamı və mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti, cəbhə xəttinin təchizi və tikinti işlərinin gedişi ilə yaxından tanış olmaqdır.
Səfərlər zamanı müdafiə naziri də hərbçilərlə birbaşa söhbət edəcək, onların problemlərini dinləyəcək.
Müdafiə naziri belə səfərlə fevralın 1-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində olub.
Nazir Papikyan atıcılıq tirində də olub və praktiki məşğələlərin gedişini müşahidə edib.
Hərbçiləri maraqlandıran sualları cavablandıran müdafiə naziri Silahlı Qüvvələrdə başlanan islahatların gedişi barədə ətraflı məlumat verib.
Səfərin sonunda müdafiə naziri məsul bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verib.