Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında sərhəd açılıb.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğu “APA”ya təsdiqləyib ki, bu gündən etibarən “Dilucu” buraxılış məntəqəsi açılıb.
Konsulluğun nümayəndəsi Dursun Gül bildirib ki, Naxçıvan qeydiyyatında olan şəxslər ayda 2 dəfə olmaqla öz avtomobilləri ilə gömrüyü keçə bilərlər.