Naxicevanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov həbs edilib. Bu barədə Turan agentliyi m\lumat yayıb.
Yanvarın 27-də Tofiq Həsənov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 179.2.2, 179.2.2, 179.2.4 (Mənimsəmə və ya israf etmə - mənimsəmə və ya israf etmə) və 311.3.2, 311.3.3-cü (Rüşvət alma (passiv rüşvətxorluq- külli miqdarda törədildikdə)) maddələri ilə ittiham olunur.
İttiham sübut olunarsa general-mayoru 12 ilədək həbs gözləyir.
Yerli medianın məlumatına görə, Tofiq Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə saxlanılıb.
Bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin Naxicevanda apardığı yoxlamalar nəticəsində 3 nəfər yüksək vəzifəli şəxs həbs edilib. Bu həbslərdən sonra Naxicevan Ali Məclisinə 27 il sədrlik edən Vasif Talıbov istefa verib və ona məxsus şirkətlərdə yoxlamalar başlanıb.