Fevralın 1-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallantın telefon danışığı olub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qallant mövcud ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edib.
Öz növbəsində, Həsənov Qallantı İsrailin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək, hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.
Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.