Pakistanın Peşavar şəhərində yerləşən məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb, 200-dən çox insan xəsarət alıb.
Bir neçə nəfərin durumu ağır olaraq qalır, yaralıların müalicəsi isə davam etdirilir.
Xatırladaq ki, yanvarın 30-da Pakistanın şimal-qərbində, Peşavar şəhərində yerləşən məsciddə terror aktı baş verib. Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.