Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunu qəbul edib.
Görüş zamanı Rusiya və Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
Həmçinin regionla bağlı məsələlər, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi əsasında Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması perspektivləri müzakirə olunub.