Yanvarın 31-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyi bildirdi ki, nazirlər Laçin dəhlizi ətrafında vəziyyətin nizamlanması yollarını müzakirə ediblər
Rusiya Federasiyası, Ermənistan Respublikası və və Azərbaycan liderlərinin üçtərəfli razılaşması əsasında bütün istiqamətlərdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üzrə ritmik işin bərpasının vacibliyi vurğulanıb.
Bu kontekstdə Rusiya tərəfinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu Moskvada təşkil etməyə hazır olduğu bir daha təsdiqləndi.